Əməkdaşlarının sona çatdırdığı ingilis dili kursu.
Tutoro ilə hər əməkdaşın süni intellektlə işləyən öz ingilis dili müəllimi olur. Fərdi müəllimlə dərs qədər keyfiyyətli, hər gün həvəslə qayıdacaqları məşğələlər onları gözləyir.
Başla
Demo üçün vaxt seç
Hər əməkdaş üçün ayda cəmi $9-dan başlayan qiymətlərlə. İstədiyin vaxt abunəliyi ləğv et.
Tutoro necə işləyir · 2 dəq.
Necə işlədiyinə bax
Videonu bağla
Yeni səviyyə
A1 → A2
+ 138 XP
İndiyədək ən uğurlu gün
Dueldə qalib gəldi
Raund hesabı: 3:1
Günün bütün tapşırıqlarını bitirdi
3 / 3
30 günlük Streak
Bir gün də buraxmayıb
+ 250 sikkə
Həftəlik bonus
Yeni səviyyə
A2 → B1
Liqada birinci yer
30 iştirakçı arasında 1-ci yer
Yeni müəllim artıq əlçatandır
Katie
Hamısı düz
12 sual, 12 düzgün cavab
Modulu bitirdin
Səyahət
İlk tam cümlə
Ucadan söylədi
Ardıcıl beş dərs
Bir dəfəyə
Yeni geyim əldə etdi
5 000 xərclədi
Yeni səviyyə
B1 → B2
Danışıq testindən keçdi
İkinci cəhddə
Şirkətlər bizə güvənir
500
+
şirkət
əməkdaşlarına Tutoro ilə ingilis dili öyrədir
1M
+
əməkdaş
hər gün öyrənir
87
%
aktiv istifadəçilər
90 gündən sonra da öyrənməyə davam edir
Northbeam
ALTAVIA
Quadra
helioworks
Verado
Tutoro şirkətinə nə qazandırır?
Gündə cəmi 15 dəqiqə, elə telefondan. Dərs cədvəlinə ehtiyac yoxdur. Bunun şirkətinə nə qazandırdığına bax.
İngilis dili ilə yeni müştərilər qazan
Rəhbərlərin 49%-i yanlış anlaşılma üzündən beynəlxalq sövdələşmənin baş tutmadığını deyir. Tutoro ilə əməkdaşlarının ingilis dilini inkişaf etdir. Fərdi müəllimlə dərslərdən 50 dəfəyədək ucuz qiymətə.
Əməkdaşlarının buraxmaq istəməyəcəyi dərslər
Süni intellektlə öyrənənlər danışıq bacarıqlarını müəllimlə öyrənənlərdən daha çox inkişaf etdiriblər. Tutoro məşqi gündəlik vərdişə çevirir, oyun elementləri isə əməkdaşların 88%-nin öyrənməkdən daha çox zövq almasına kömək edir.
Əməkdaşlarını inkişaf etdir, işə qəbul xərclərini azalt
Öyrənməyə önəm verən şirkətlərdə əməkdaşların işdə qalma göstəricisi 57%, şirkət daxilində yeni vəzifələrə keçidi isə 23% daha yüksəkdir. Beləcə, kənardan daha az işçi götürməli olursan.
Digər seçimlərlə müqayisə
Tutoro niyə daha yaxşıdır?
Əməkdaşların daha rahat öyrənsin, sən daha asan idarə et. Xərclərini də əvvəlcədən bil.
Qiymət seçdiyin tarifdən və əməkdaşların sayından asılıdır
Qrup dərsləri
Fərdi müəllim
Tutoro
Hər əməkdaş üçün xərc
Ayda 180 - 320 $
Saatı 40 - 120 $
Ayda $9-dan başlayan qiymətlərlə
Dərs cədvəli
Sabit dərs cədvəli
Dərslərə əvvəlcədən yazılmalısan
İstədiyin vaxt öyrən, cəmi 15 dəqiqən olsa belə
Fərdi yanaşma və motivasiya
Bütün qrup eyni tempdə öyrənir, oyun elementləri azdır
Fərdi yanaşma müəllimdən asılıdır
Hər əməkdaşın səviyyəsinə və məqsədlərinə uyğunlaşır, oyun elementləri isə öyrənmək həvəsini qoruyur
HR üçün nəticələr
Davamiyyət hesabatları
HR irəliləyiş barədə az məlumat alır
Real vaxtda yenilənən panel + irəliləyiş hesabatları
Bütün şirkət üzrə təlim
Qruplar artdıqca onları idarə etmək çətinləşir
Hər yeni əməkdaşla xərclər də artır, təşkilati işlər də
Bütün əməkdaşlarını asanlıqla qoş
İlk addımlar
Necə işləyir?
Lazım olan qədər yer al, əməkdaşlarını dəvət et. Elə bu gün günortadan sonra hamı məşqə başlasın.
İştirakçı sayını seç
Əməkdaş sayını və abunəlik müddətini seç.
Əməkdaşlarını dəvət et
E-poçt ünvanlarının siyahısını yapışdır və ya hamıya eyni dəvət linkini göndər.
Əməkdaşların danışmağa başlayır
Linkə bir toxunuşla ilk dərslərinə başlayırlar.
İrəliləyişi izlə
Streak, həftəlik aktivlik və səviyyə artımı bir ekranda.
Davamlı öyrənmə
Əməkdaşlar niyə öyrənməyi yarımçıq qoymur?
Əsl dərsdəki kimi səsli danış
Sən danışırsan. Müəllimin cavab verir, izah edir, söhbət əsnasında sənə tapşırıqlar da verir.
İstənilən vəziyyət üçün məşq et
İş müsahibəsinə hazırlaş, həkimlə danışığı məşq et, macəraya atıl və ya öz ssenarini yaz.
Kiminlə danışacağını özün seç
Hər müəllimin öz aksenti, öz xasiyyəti var. Kiminlə rahat danışırsansa, onu seç.
Nəyi düzəltməli olduğunu gör
Hər dərsdən sonra nəticələrinə bax, hansı səhvləri təkrarladığını gör.
Yadında qalan sözlər
Unutmağa başladığın sözləri kiçik oyunlarda təkrar edirsən, ta ki yaddaşında qalsın.
Sonsuz lent yox, addım-addım irəliləyiş
Hər dərslə xəritədə irəliləyirsən. Bir dünyanı tamamlayanda növbətisi açılır.
Səviyyəni yüksəlt. Sözün əsl mənasında.
Öz personajını yarat. Hər dərslə səviyyəsi artır, daha yüksək liqalara yüksəlir.
HR ÜÇÜN
Əməkdaşlarının məşq edib-etmədiyini həmişə biləcəksən
Kim məşq edir, necə irəliləyir, ingilis dili hansı səviyyədədir? Hamısını bir paneldə gör. Daha məlumat almaq üçün hər kəsə ayrı-ayrı yazmağa ehtiyac yoxdur.
Əməkdaşların aktivliyi
Son 30 gün · nümunə məlumatlar
Aktiv lisenziyalar
Hər həftə əməkdaşların ödəniş etdiyin yerlərin neçəsindən istifadə etdiyini gör
Hər əməkdaşın ingilis dili səviyyəsi
Əməkdaşlar öyrəndikcə CEFR səviyyələri (A1-C1) yenilənir.
Hər əməkdaşın aktivliyi
Həftəlik məşğələ müddəti (dəqiqə), dərslər və Streak
Maliyyə şöbəsi üçün hesabatlar hər an hazır
Ekranda gördüyün məlumatları CSV formatında endir.
Tutoro kimlər üçün uyğundur?
İngilis dilini bir az daha yaxşı bilməyin gündəlik işini xeyli asanlaşdırdığı hər kəs üçün.
Başla
Müştəri dəstəyi komandaları
Satış
Mühəndislik
Otellər və restoranlar
Pərakəndə ticarət
Səhiyyə
Marketinq
Uğur hekayələri
Üç şirkətdə nələr dəyişdi?
Əvvəllər əməkdaşların ingilis dili dərslərinə marağını qorumaq çətin idi. Tutoro ilə həvəslə öyrənirlər, yarımçıq qoymurlar. Bunu şirkətin onlara verdiyi faydalı bir əlavə imkan kimi görürlər. Əməkdaş məmnuniyyəti də artıb.
İnsan resursları üzrə rəhbər
Northbeam
Əməkdaşlarımız indi xarici müştərilərlə daha inamla danışır, məsələləri daha az hallarda rəhbərliyə yönləndirirlər. Fikirlərini daha aydın çatdırır, daha çox məsələni özləri həll edirlər. Müştərilərimiz də daha yaxşı xidmət alırlar.
Müştəri dəstəyi rəhbəri
Altavia
Nəhayət, təlimə ayırdığımız vəsaitin nəticəsini aydın görürük. Tutoro-nun statistikası kimin nə qədər fəal öyrəndiyini, necə irəlilədiyini və hansı bacarıqlarını inkişaf etdirməli olduğunu göstərir. İndi qərarlarımızı real məlumatlara əsaslanaraq veririk.
Əməliyyatlar üzrə direktor
Helioworks
Qiymətlər
Hər əməkdaş üçün aylıq $9-dan başlayan qiymətlər
Neçə əməkdaş təhsil alacaq?
Bütün əməkdaşların üçün güzəştli qiymətə ingilis dili.
hər əməkdaş üçün aylıq
Qrup dərslərinə ödəyəcəyin məbləğ
Fərdi müəllimlə dərslərə ödəyəcəyin məbləğ
Birlikdə hesablayaq
Öyrənənlərin sayı 1,000-dən çoxdursa, şirkətin üçün saydan asılı endirimlər və hesab-faktura ilə ödəniş imkanı olan fərdi təklif hazırlayırıq. Satış komandamızla birlikdə qiyməti dəqiqləşdirə bilərsən.
Demoya yazıl
Abunəlik müddəti
iştirakçı
Tutoro, sənə uyğun tarif
İstədiyin vaxt ləğv et
Neçə əməkdaş dərs alacaq?
Bütün əməkdaşların eyni endirimli qiymətlə həm öyrənsin, həm də əylənsin.
Tez-tez verilən suallar
Şirkətimizdə Tutoro ilə necə başlaya bilərik?
Şirkətin üçün hesab aç, əməkdaş sayını seç və onları dəvət et. Hər kəs öz səviyyəsinə və məqsədlərinə uyğun ingilis dili öyrənsin. Əvvəlcə Tutoro ilə tanış olmaq istəyirsən? Demo üçün vaxt seç.
Tutoro neçəyədir və necə ödəniş edə bilərəm?
Tutoro-da qiymətlər hər əməkdaş üçün ayda $9-dan başlayır. Ən azı 5 əməkdaş qoşulmalıdır. Kartla ödə və ya şirkət panelində avtomatik hesab-faktura yarat.
Aldığım yeri başqa əməkdaşa verə bilərəm?
Bəli. Əməkdaş işdən ayrılıbsa və ya artıq Tutoro-dan istifadə etmirsə, onun yerini başqasına verə bilərsən. Beləcə, hər dəfə əməkdaş dəyişəndə yeni yer almağa ehtiyac qalmır.
İstifadəçi sayını istədiyim vaxt artırıb-azalda bilərəm?
Ehtiyacına görə yer sayını artırıb-azalda bilərsən. Yetər ki, ən azı 5 yer qalsın. Ödənişin necə dəyişəcəyi abunəliyinin şərtlərindən asılıdır.
Əməkdaşlar Tutoro ilə nə öyrənəcək?
İngilis dili öyrənmək üçün lazım olan hər şey Tutoro-dadır: süni intellekt müəllimi ilə dərslər, danışıq məşqləri, dinləyib-anlama, oxu, interaktiv tapşırıqlar, tələffüz yoxlaması və dərhal rəy. Hamısı bir tətbiqdə.
Tutoro hər əməkdaşın ingilis dili səviyyəsinə uyğunlaşır?
Bəli. Hər əməkdaş öz səviyyəsinə və məqsədlərinə uyğun planla öyrənir. Oyun tipli tapşırıqlar isə öyrənməyə həvəsini qorumağa kömək edir.
Əməkdaşlar hər gün öyrənməyə nə qədər vaxt ayırmalıdır?
Hər dərs üçün cəmi 15 dəqiqə də kifayətdir. Əməkdaşlar nə vaxt imkan tapsalar, öyrənə bilərlər. Sabit dərs saatları yoxdur, əvvəlcədən dərsə yazılmaq da lazım deyil.
Tutoro əməkdaşların öyrənmək həvəsini necə qoruyur?
Tutoro hər əməkdaşa uyğun dərslər, oyunlar, mükafatlar və interaktiv çalışmalar təklif edir. Beləcə, əməkdaşlar hər gün həvəslə məşq edir, öyrənməyi vərdişə çevirirlər.
HR hər əməkdaşın irəliləyişini izləyə bilər?
Bəli. Şirkətin idarəetmə panelində hər əməkdaşın nə qədər tez-tez məşq etdiyini və necə irəlilədiyini görə bilərsən. HR mütəxəssisləri də buradan həm iştirakı, həm də bütün komandanın inkişafını izləyə bilərlər.
Əməkdaşlara korporativ e-poçt ünvanı lazımdır?
Xeyr. Dəvət kodu e-poçt ünvanına bağlı deyil. Kodu kim aktivləşdirsə, yer onun olur. Əməkdaş artıq Tutoro-dan şəxsi hesabı ilə istifadə edirsə, Streak göstəricisi, liqası və söz dəftəri olduğu kimi qalır. Sadəcə həmin hesaba şirkətin ayırdığı yer əlavə olunur.
Başlamaq üçün ən azı neçə əməkdaş lazımdır?
Başlamaq üçün cəmi 5 əməkdaş kifayətdir. Tutoro həm kiçik, həm də böyüməkdə olan şirkətlərə uyğundur.
Nəticə verən vərdiş
Əməkdaşlarına ingilis dilini daha rahat öyrənmək imkanı ver. Hər kəsə uyğun, maraqlı və iş günündə asanlıqla vaxt ayıra biləcəkləri dərslərlə.
Başla
Demoya yazıl